Azərbaycan-Türkiyə-İran üçtərəfli görüşü keçirilə bilər: “Tehran anlamalıdır ki, hədələməyin əks effekti olacaq”
Sosial
Oxunub: 10
23 Eyl 2021 | 13:26
Azərbaycan-Türkiyə-İran üçtərəfli görüşü keçirilə bilər: “Tehran anlamalıdır ki, hədələməyin əks effekti olacaq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT sessiyası çərçivəsində Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb. Mövlud Çavuşoğlu və Hüseyn Əmirabdullahian Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.

Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu bildirib ki, İran-Azərbaycan münasibətlərində gərginlik davam edir: “Azərbaycan İranla münasibətlərdə problem istəmir. Ancaq İran yükləri Ermənistan üzərindən qanunsuz olaraq Qarabağa yanacaq daşıyırsa və ali dini liderin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amili ölkəmizi hədələyirsə, o zaman bütün bunlar cavabsız qalmayacaq. Üstəgəl Tehran Türkiyə-Azərbaycan hərbi ittifaqını yanlış olaraq özü üçün təhlükə sayaraq sərhəddə hərbi təlimlərə başlayıb. Əlbəttə, İranın harada təlim keçirməsi daxili işidir. Ancaq bu halda haqlı sual yaranır: Azərbaycanın sərhəd bölgələri 27 il işğal altında olduğu halda Arazın o tayında hərbi təlimlər keçirilməyibsə. O zaman niyə torpaqlar işğaldan azad olunduqdan sonra Tehran həmin məntəqədə təlim keçirməyə qərar verdi? Mövcud durum Türkiyəni də narahat edir. Ona görə üçtərəfli görüşə ehtiyac yaranıb ki, məsələlərə aydınlıq gətirilsin”.

Şahinoğlu əlavə edib ki, əslində Azərbaycan-Türkiyə-İran üçtərəfli formatı illərdir mövcuddur: “Bu format əsasında xarici işlər nazirlərinin görüş təşəbbüsü Tehrandan gəlib. Görüş yeri kimi İran paytaxtı seçilib. Bu görüşə qədər Tehran yanacaq dolu yüklərinin Qarabağa girişlərini qadağan etsə, indidən müsbət atmosfer yaratmış olar. Digər tərəfdən Tehran nədənsə narahatdırsa, bunu Amilinin aşağılayıcı dili ilə deyil diplomatların və rəsmilərin görüşündə səsləndirə bilər. İran-Azərbaycan münasibətlərində suallar heç zaman azalmayacaq. Önəmli olan görüşlər və müzakirələr vasitəsilə iki qonşu dövlətin gərginliyinin süni surətdə artırılmasına yol verməməkdir. Misal üçün İran səfirinə Bakıda verilən notadan sonra Qarabağa yenə yük daşımaq və ya Seyid Amilinin əlinə mətn verib Azərbaycanı hədələmək gərginliyin süni surətdə artırılmasıdır. Bu halda gərginliyə yaşıl işıq yandıranın zərəri daha çox olacaq. Tehranda anlamalıdırlar ki, Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacaq”.

Müşviq Tofiqoğlu
13-10-2021, 13:09
Futbol üzrə Azərbaycan millisinin üzvü rekorda imza atdı
13-10-2021, 13:04
Pentaqon rəhbəri Gürcüstan və Ukraynaya səfər edəcək
13-10-2021, 13:03
Ronaldu dünya rekordunu yenilədi
13-10-2021, 13:01
Azərbaycanlı nazirlər Serbiya ilə oyunu izləyib
13-10-2021, 12:58
Rusiya koronavirusdan ölüm rekordunu yenilədi
13-10-2021, 12:56
Süd vəzisi xərçənginin erkən əlamətləri açıqlandı
3-10-2021, 17:07
Bağdad Amreyev: “Türk dünyasının birliyi Azərbaycan ərazilərinin azad olması nəticəsində möhkəmləndi”
3-10-2021, 17:05
Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” təlimləri başlayır
3-10-2021, 14:34
“Taliban” Çin, Pakistan və Tacikistanla sərhədə “intihar batalyonu” göndərdi
3-10-2021, 14:33
2,3 milyonluq cekpotun sahibi ofisiant olaraq çalışmağa davam edir
3-10-2021, 12:15
Boliviyanın sabiq prezidentinin həbs müddəti uzadılıb
3-10-2021, 12:14
Əlcəzair Fransadakı səfirini geri çağırdı
3-10-2021, 11:28
ABŞ-da koronavirusdan ölənlərin sayı 700 mini keçdi: Bayden çağırış etdi
3-10-2021, 11:25
“Barselona” prezidenti Kumanın gələcəyinə aydınlıq gətirdi
3-10-2021, 11:24
ABŞ-da nindza geyimli şəxs xüsusi təyinatlılara hücum etdi
3-10-2021, 11:22
Flippin prezidenti siyasətdən gedir
3-10-2021, 11:20
BMT-dən partlayış açıqlaması: Bir sülhməramlı öldü, üçü yaralandı
3-10-2021, 11:17
ABŞ hərbçiləri arasında intihar halları artıb
3-10-2021, 11:15
Lukaşenko hansı halda ömürlük prezident olacağını açıqladı
3-10-2021, 11:14
Çin Tayvan sahillərinə rekord sayda döyüş təyyarəsi göndərdi
29-09-2021, 12:22
Çempionlar Liqası: “Yuventus” doqquz il sonra Turində “Çelsi”yə qarşı
29-09-2021, 11:27
ABŞ generalı: “Taliban” “Əl-Qaidə” ilə əlaqələrini kəsməyib”
29-09-2021, 11:21
İtaliyada Ərdoğanla Bayden arasında görüş keçiriləcək
29-09-2021, 11:19
Makrona yumurta atan şəxs psixiatriya xəstəxanasına yerləşdirilib
29-09-2021, 11:18
UEFA geri addım atdı: Superliqa üçün sanksiya olmayacaq
28-09-2021, 18:00
İlham Əliyevdən Putin-Ərdoğan görüşü ərəfəsində mesaj – TƏHLİL
28-09-2021, 17:58
İran tutarlı suallara verdiyi cavabla gülünc vəziyyətə düşdü - TƏHLİL