Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir
Gündəm
Oxunub: 92
15 Tem 2021 | 11:03
Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir


YAP Səbail rayon “Azərbaycan tarixçiləri” (Milli Azərbaycan Tarix Muzeyi) ərazi ilk partiya təşkilatının sədri,
Muzeyin Vətən Müharibəsi fondunun baş mütəxəssisi Pərvanə Əzimova

QURBAN BAYRAMI ALLAH YOLUNDA FƏDAKARLIĞIN, İKİNCİ QARABAĞ MÜHARİBƏSİ İSƏ VƏTƏN YOLUNDA FƏDAKARLIĞIN TƏNTƏNƏSİDİR


İyulun 20-21-də ölkəmizdə müqəddəs Qurban bayramıdır. Bütün dünya müsəlmanları tərəfindən qeyd edilən bu bayram İslam dininin ən müqəddəs bayramlarından biri hesab olunur. Müqəddəs Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir.

Mürəkkəb tarixi şəraitlərə, çətin və böyük siyasi təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı əsrlər boyu bu dini bayramı qoruyub saxladı. Müstəqillik bərpa edildikdən sonra isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bu bayram rəsmi şəkildə qeyd olunmağa başlanıldı. Bayramın xalqımız tərəfindən layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir.

Azərbaycan yeganə ölkədir ki, burada mövcud olan bütün dinlərin nümayəndələri üçün azad və bərabər imkanlar yaradılıb, dini plüralizm, tolerantlıq bütün elementləri ilə bərqərar olub. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.

Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmiş, müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. Bu gün bu ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir.

Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bildirmişdir ki: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.

Hər il Qurban bayramında xalqımız Uca Yaradandan torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını diləyir, bu arzularına qovuşması üçün Allah yolunda qurbanlar niyyət edirdilər. Vətən uğurunda döyüşməyə, bu yolda canından keçməyə hər zaman hazır olan xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək işğal altında olan torpaqlarımızı azad etməklə bu arzusunu reallaşdırdı. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir.

Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir
Bugün, 21:23
Məsut Özil ABŞ klubuna keçə bilər
Bugün, 21:21
Hüseyn Əliyev dünya çempionu oldu
Bugün, 21:16
“Barselona” 17 yaşlı türk futbolçunu transfer etdi
Bugün, 21:11
Türkiyə və Pakistan XİN rəhbərləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər
Bugün, 21:08
FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bugün, 19:57
Ərdoğan: “İnşallah İğdırdan Azərbaycana yol çəkəcəyik”
Bugün, 19:54
Mikayıl Cabbarov Almaniya - Azərbaycan Xarici Ticarət Palatasının illik hesabatının təqdimatında iştirak edib
Bugün, 18:43
Həbsdə olan deputatdan XƏBƏR VAR
Bugün, 18:41
30 məktəbə yeni direktor TƏYİN EDİLDİ
Bugün, 18:31
İranın Səcdəpuru Bakıya göndərməsinin səbəbi, Şeyxin bəyanatı, Ankaranın üçtərəfli görüş təşəbbüsləri – TƏHLİL
Bugün, 18:29
Nadir Qafarzadə: “Azərbaycanda düz danışan adama “xalq düşməni” deyirlər”
Bugün, 17:25
İran Ermənistan üçün özünü oda atdı: Yenidən İrəvanın köməyinə qaçdı
Bugün, 17:22
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirildi
Bugün, 17:21
Valeh Ələsgərova yeni vəzifələr verildi
Bugün, 17:19
Prezidentdən Naxçıvanda yaşayan şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM
Bugün, 17:18
Nazpəri Dostəliyeva xəsarət aldı
Bugün, 17:15
Azərbaycan çempionatının liderinə 4000 manatlıq cəza verildi
Bugün, 15:27
Boris Conson adını dəyişmək istəyib
Bugün, 14:50
İlham Əliyev Dövlət Agentliyinə altı milyon manat ayırdı - SƏRƏNCAM
Bugün, 14:49
Ekoloji ekspertiza rəyləri ilə bağlı YENİLİK
Bugün, 14:45
Mikayıl Cabbarov xarici şirkətlərin ölkəmizdə biznes mühitinə münasibətindən yazdı
Bugün, 14:38
Andrey Kortunov: “Bakının razılığı olmadan heç nə alınmayacaq” - RUSİYADAN MÜSAHİBƏ
Bugün, 14:34
Sabahın hava proqnozu AÇIQLANDI
Bugün, 14:32
Pakistan ordusuna aid qırıcı təyyarə qəzaya uğrayıb
Bugün, 13:26
Azərbaycan-Türkiyə-İran üçtərəfli görüşü keçirilə bilər: “Tehran anlamalıdır ki, hədələməyin əks effekti olacaq”
Bugün, 13:18
Nazir: “3,4 faizlik artım proqnozlaşdırırdıq, beynəlxalq partnyorlarımız isə razılaşmırdı”
Bugün, 12:30
MTN generalının məhkəməsi BAŞLADI