Müştəri məmnunluğu dövlətin iqtisadi siyasətinin prioritet sahəsi kimi
Gündəm
Oxunub: 101
7 Haz 2021 | 17:36
Müştəri məmnunluğu dövlətin iqtisadi siyasətinin prioritet sahəsi kimi

Professor Piralı Əliyev
YAP Səbail rayon “Təhsil tədqiqatçıları” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin iqtisadiyyatı və idarəolunması şöbəsinin müdiri, Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

MÜŞTƏRİ MƏMNUNLUĞU DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNİN PRİORİTET SAHƏSİ KİMİ

Azәrbaycan Respublikasının Prezidenti İlham Әliyevin rәhbәrliyi ilә hәyata keçirilәn mәqsәdyönlü siyasәt vә dәrin islahatlar nәticәsindә uzun illәr әrzindә yaradılmış iqtisadi vә hәrbi potensial 2020-ci ildә Vәtәn müharibәsindә müzәffәr ordumuzun düşmәn qüvvәlәri üzәrindә parlaq qәlәbәsinә vә COVİD-19 pandemiyasının neqativ tәsirlәrini minimallaşdırmağa imkan verdi.

2020-ci ildә ölkәdә presedenti olmayan xarici vә daxili şoklar kombinasiyasına vaxtında vә adekvat cavab verilmişdir. İctimai hәyatın vә iqtisadi fәaliyyәtin bütün sferalarına güclü tәsir göstәrәn bu şoklar il әrzindә effektiv idarә olunmuşdur. Mәrkәzi Bankın 2020-ci ildә pandemiyaya vә xarici mühitin kәskin pislәşmәsinә qarşı hökumәtlә sıx koordinasiya şәraitindә gördüyü tәdbirlәr nәticәsindә ölkәdә makroiqtisadi sabitlik tәmin edilmiş, o cümlәdәn qiymәtlәr sabitliyi vә valyuta bazarında tarazlıq qorunmuşdur. Bununla bərabər, Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı təmin edilmişdir. Bu prosesin əsasında ölkəmizdə aparılan uğurlu siyasət dayanır. Son illərdə iqtisadi inkişafın tempinə görə dünyada demək olar ki, birinciliyi əldə saxlayan Azərbaycan bu nailiyyətlərə təkcə özünün təbii resurslarının zənginliyi ilə deyil, həm də düzgün müəyyənləşdirilən iqtisadi-siyasi strategiya nəticəsində müvəffəq olmuşdur.

Şübhəsiz ki, müştəri məmnunluğu dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biridir. Hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Bu gün pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur.

Yeni pul əsginasları ilə bağlı yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Azərbaycan hökuməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülmüşdür. Ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına adaptasiyası məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılmış, habelə müvafiq pul nişanları ilə təmin edilmiş və adaptasiya prosesinə başlanılmışdır. Hazırda müvafiq sistem və avadanlıqların yenilənmiş pul nişanlarına uyğunlaşdırılması kommersiya bankları və ödəniş xidmətləri provayderləri tərəfindən əsasən yekunlaşmış və bu sistemlər yenilənmiş pul nişanlarında ödənişləri qəbul edir. Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib. Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

Həmçinin qeyd etmək lazımdır ki, idarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərindəndir. Belə ki, Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan abadlıq-quruculuq işləri sayəsində qədimliyini, tarixiliyini və müasirliyini özündə yaşadan Bakı şəhəri son illər tanınmaz dərəcədə dəyişib. Bakıda müasir üslubda tikilmiş hündürmərtəbəli binalar sırasına daha biri əlavə olundu. Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə yerləşən İqtisadiyyat Nazirliyinin yeni inzibati binası müasir memarlığı ilə diqqəti cəlb edir. İqtisadiyyat Nazirliyinin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir. Cari ilin 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş İqtisadiyyat Nazirliyinin yeni binasının açılışı dolayısilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir.

Müştəri məmnunluğu dövlətin iqtisadi siyasətinin prioritet sahəsi kimi
Bugün, 21:23
Məsut Özil ABŞ klubuna keçə bilər
Bugün, 21:21
Hüseyn Əliyev dünya çempionu oldu
Bugün, 21:16
“Barselona” 17 yaşlı türk futbolçunu transfer etdi
Bugün, 21:11
Türkiyə və Pakistan XİN rəhbərləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər
Bugün, 21:08
FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bugün, 19:57
Ərdoğan: “İnşallah İğdırdan Azərbaycana yol çəkəcəyik”
Bugün, 19:54
Mikayıl Cabbarov Almaniya - Azərbaycan Xarici Ticarət Palatasının illik hesabatının təqdimatında iştirak edib
Bugün, 18:43
Həbsdə olan deputatdan XƏBƏR VAR
Bugün, 18:41
30 məktəbə yeni direktor TƏYİN EDİLDİ
Bugün, 18:31
İranın Səcdəpuru Bakıya göndərməsinin səbəbi, Şeyxin bəyanatı, Ankaranın üçtərəfli görüş təşəbbüsləri – TƏHLİL
Bugün, 18:29
Nadir Qafarzadə: “Azərbaycanda düz danışan adama “xalq düşməni” deyirlər”
Bugün, 17:25
İran Ermənistan üçün özünü oda atdı: Yenidən İrəvanın köməyinə qaçdı
Bugün, 17:22
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirildi
Bugün, 17:21
Valeh Ələsgərova yeni vəzifələr verildi
Bugün, 17:19
Prezidentdən Naxçıvanda yaşayan şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM
Bugün, 17:18
Nazpəri Dostəliyeva xəsarət aldı
Bugün, 17:15
Azərbaycan çempionatının liderinə 4000 manatlıq cəza verildi
Bugün, 15:27
Boris Conson adını dəyişmək istəyib
Bugün, 14:50
İlham Əliyev Dövlət Agentliyinə altı milyon manat ayırdı - SƏRƏNCAM
Bugün, 14:49
Ekoloji ekspertiza rəyləri ilə bağlı YENİLİK
Bugün, 14:45
Mikayıl Cabbarov xarici şirkətlərin ölkəmizdə biznes mühitinə münasibətindən yazdı
Bugün, 14:38
Andrey Kortunov: “Bakının razılığı olmadan heç nə alınmayacaq” - RUSİYADAN MÜSAHİBƏ
Bugün, 14:34
Sabahın hava proqnozu AÇIQLANDI
Bugün, 14:32
Pakistan ordusuna aid qırıcı təyyarə qəzaya uğrayıb
Bugün, 13:26
Azərbaycan-Türkiyə-İran üçtərəfli görüşü keçirilə bilər: “Tehran anlamalıdır ki, hədələməyin əks effekti olacaq”
Bugün, 13:18
Nazir: “3,4 faizlik artım proqnozlaşdırırdıq, beynəlxalq partnyorlarımız isə razılaşmırdı”
Bugün, 12:30
MTN generalının məhkəməsi BAŞLADI