Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Kəlbəcərdə baş verən hadisə ilə bağlı bəyanat yaydı
Gündəm
Oxunub: 181
4 Haz 2021 | 18:42
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Kəlbəcərdə baş verən hadisə ilə bağlı bəyanat yaydı

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Kəlbəcərdə baş verən hadisə ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Təəssüf hissi ilə bildiririk ki, bu gün- 4 iyun 2021-ci il tarixində, saat 11:00 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonuna xidməti vəzifələrinin icrası ilə əlaqədar ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb, bunun nəticəsində 3 nəfər – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Baş verən bu hadisə Ermənistanın vaxtilə işğal altında saxladıqları ərazilərimizə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələrinin, bununla yanaşı Ermənistan ordusunun həmin əraziləri tərk edərkən mülki ərazilərə işarələnməmiş minaları basdırmasının, son günlərə qədər kəşfiyyat qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsinin nəticələrindən biridir. Bu onu göstərir ki, Ermənistan tərəfi daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlıdır.

Ermənistan beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmağa davam edir, minaladığı ərazilərimizin xəritəsini verməməklə hərbi cinayət əməlləri törədir. Bu hadisə peşə fəaliyyətini həyata keçirən media nümayəndələrinə edilən açıq terror aktıdır.

Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə 130-a yaxın şəxs mina partlaması nəticəsində həlak olub və müxtəlif bədən xəsarətləri alaraq yaralanıb. Bunların arasında çoxlu sayda mülki şəxs, o cümlədən peşə fəaliyyətini yerinə yetirən media nümayəndələri də olub.

10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq erməni silahlı qüvvələrinin işğalı altında olan Kəlbəcər rayonunun boşaldılması tarixinin Ermənistan rəhbərliyinin xahişilə Azərbaycanın göstərdiyi humanistliyə əsasən, əlavə 10 gün müddətinə uzadılmasından sui-istifadə edib, Ermənistan tərəfi rayonu boşaldarkən kütləvi halda əraziləri minalamaqla ağır cinayət əməli törədib.

Tərkibində 743 təşkilatı birləşdirən Azərbaycan Milli QHT Forumu, Ermənistanın bu vandalizmini pisləyir, beynəlxalq təşkilatlara, media təsisatlarına, jurnalist hüquqlarını müadafiə edən qurumlara müraciət edərək, onları Ermənistanın bu hərbi cinayət əməllərinə qəti şəkildə etiraz etməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırır”.
Bugün, 19:57
Ərdoğan: “İnşallah İğdırdan Azərbaycana yol çəkəcəyik”
Bugün, 19:54
Mikayıl Cabbarov Almaniya - Azərbaycan Xarici Ticarət Palatasının illik hesabatının təqdimatında iştirak edib
Bugün, 18:43
Həbsdə olan deputatdan XƏBƏR VAR
Bugün, 18:41
30 məktəbə yeni direktor TƏYİN EDİLDİ
Bugün, 18:31
İranın Səcdəpuru Bakıya göndərməsinin səbəbi, Şeyxin bəyanatı, Ankaranın üçtərəfli görüş təşəbbüsləri – TƏHLİL
Bugün, 18:29
Nadir Qafarzadə: “Azərbaycanda düz danışan adama “xalq düşməni” deyirlər”
Bugün, 17:25
İran Ermənistan üçün özünü oda atdı: Yenidən İrəvanın köməyinə qaçdı
Bugün, 17:22
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirildi
Bugün, 17:21
Valeh Ələsgərova yeni vəzifələr verildi
Bugün, 17:19
Prezidentdən Naxçıvanda yaşayan şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM
Bugün, 17:18
Nazpəri Dostəliyeva xəsarət aldı
Bugün, 17:15
Azərbaycan çempionatının liderinə 4000 manatlıq cəza verildi
Bugün, 15:27
Boris Conson adını dəyişmək istəyib
Bugün, 14:50
İlham Əliyev Dövlət Agentliyinə altı milyon manat ayırdı - SƏRƏNCAM
Bugün, 14:49
Ekoloji ekspertiza rəyləri ilə bağlı YENİLİK
Bugün, 14:45
Mikayıl Cabbarov xarici şirkətlərin ölkəmizdə biznes mühitinə münasibətindən yazdı
Bugün, 14:38
Andrey Kortunov: “Bakının razılığı olmadan heç nə alınmayacaq” - RUSİYADAN MÜSAHİBƏ
Bugün, 14:34
Sabahın hava proqnozu AÇIQLANDI
Bugün, 14:32
Pakistan ordusuna aid qırıcı təyyarə qəzaya uğrayıb
Bugün, 13:26
Azərbaycan-Türkiyə-İran üçtərəfli görüşü keçirilə bilər: “Tehran anlamalıdır ki, hədələməyin əks effekti olacaq”
Bugün, 13:18
Nazir: “3,4 faizlik artım proqnozlaşdırırdıq, beynəlxalq partnyorlarımız isə razılaşmırdı”
Bugün, 12:30
MTN generalının məhkəməsi BAŞLADI
Bugün, 12:24
Lavrov-Stoltenberq görüşü: “Şansınızı sınamayın, Rusiya NATO-ya üzv olmayacaq”
Bugün, 12:20
Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı ilə bağlı əhəmiyyətli hədəfi AÇIQLADI
Bugün, 10:47
Eto federasiya prezidentliyinə namizəd oldu
Bugün, 10:46
Fransa ABŞ-la barışacaq?
Bugün, 10:43
Pakistanda sel fəlakəti yaşanıb