Bibisi oğlu Şəkərin ölümü ilə bağlı şok detalları açıqladı

"118 gün... Ekspertizanın nəticələri açıqlandı. Görün bizim səhiyyə nə gündədir? Ekspertizanın nəticələri Türkiyədən gəlib. Türkiyəli həkim ekspertlər dayım qızının qaz zəhərlənməsindən öldüyünü bildirdilər. Qanında 54 faiz qaz zəhərlənməsi tapılıb".

"Yeni Sabah" xəbər verir ki, bunu BDU-nun 4 ay öncə vəfat edən tələbəsi Şəkər Xasmətovanın bibisi oğlu Samir Əliyev bildirib.

Onun sözlərinə görə, zəhərlənməyə səbəb qaz borularının qaydalara uyğun çəkilməməsi olub:

"Bu gün dayım Bakı Şəhər Prokurorluğuna çağırılmışdı. Bu nəticələr rəsmən təqdim olundu. Otağın aşağı mərtəbəsində hamam otağına gedən qaz boruları divarın daxilindən çəkilibmiş. Sızma da buradan olub.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının 3 aya çıxara bilmədiyini cavabı Türkiyəli həkimlər bacardı. 3 milyonluq aparat almaqla deyil, ondan istifadə etməyi bacarmaq lazımdı

BDU-nun niyə susduğu da bəlli oldu. Bundan sonra nə edəcəkləri maraqlıdı. Orda bir yox, bir neçə tələbə ölsəydi, buna kim cavab verəcəkdi? Ümumiyyətlə yataqxana istifadəyə yararsız olubsa, niyə görə hər tələbədən illik 300 manat alıb, ora yerləşdirilirdi?".

Mərhum tələbənin qohumu həmin yataqxanada yaşayışa icazə verilməsinə də etirazını bilidirib:

"Noyabrın 20-si axşam çağırışa gələn təcili yardım əməkdaşları hələ də işlərini davam etdirirmiş. Niyə? Başqa insanların da canına qıysınlar deyə?

Bəs Azəriqaz? Siz hara baxırdız? Niyə gələcəyimiz sayılan gənclərin həyatları ilə oynayırsız? Onların canı heç mi vecinizə deyil? Heç mi düşünmədiniz ki, orada sizin yaxınınız da ola bilər?

Bəs FHN? Bu qurum hara baxırdı? Hansı məqsədlə bu yataqxanada yaşayışa icazə verirsiz? Nə güdürsüz belə hərəkətlə?

Bu işdə bütün məsul şəxslər cəzalandırılmalıdır. Bunu tələb edirik".

Добавить комментарий