Universitet dezinfeksiya olundu



Bu gün Bakı Avrasiya Universitetində (BAU) Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı"nın icrasını təmin etmək məqsədi ilə əsaslı dezinfeksiya işləri aparılıb.

Bu barədə Yenisabah.az-a BAU-nub mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli məlumat verib.

O qeyd edib ki, koronavirusla əlaqədar universitetdə dezinfeksiya işlərinə nəzarət daha da gücləndirilib, eyni zamanda bundan öncə də tələbələr arasında tibbi proflaktik tədbirlər aparılıb, virusla bağlı qabaqlayıcı tədbir olaraq bütün mərtəbələr dizinfeksiyaedici məhlullarla təmizlənib.

Добавить комментарий