Baş nazir postuna namizədin adı məlum oldu

Baş nazir postuna namizədin adı məlum oldu

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

Pressfakt.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il oktyabrın 8-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

Gündəlikdə Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinə görə Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.

Добавить комментарий