Azərbaycanda geoloji parklarda ovçuluq qadağan edilir

Azərbaycanda geoloji parklarda ovçuluğun həyata keçirilməsinin qadağan edilməsi təklif olunur.

“Report” xəbər verir ki, bununla bağlı “Ovçuluq haqqında” qanuna dəyişiklik edilir.

Qanun 21-ci maddəsinə (Ovçuluq təsərrüfatlarının təşkili və kateqoriyaları) təklif edilən dəyişikliyə əsasən, ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin, dövlət təbiət qoruqlarının əraziləri, milli, geoloji və təbiət parklarının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməz və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağan edilir.

Dəyişiklik layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Добавить комментарий