Xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkili təklif edilir


Azərbaycanda xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkil edilməsi təklif olunur.

Trend-in məlumatına görə, bununla bağlı "Sərhəd mühafizə orqanları haqqında" qanunun 2-ci maddəsinə dəyişiklik nəzərdə tutulur.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında bildirib ki, dəyişiklik layihəsinə əsasən, sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur: “Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir. Yalnız xüsusi təyinatlı müəssisələrdən başqa”.

Добавить комментарий