Trampın seçkilərdəki rəqibindən böyük qələbə



Nyu-Hempşir ştatında “praymeriz”də səslərin 90 faizinin sayılmasından sonra Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Berni Sandersin qələbə qazandığı məlum olub.

Bu barədə CNN telekanalı xəbər yayıb.

Siyasətçi Nyu-Hempşirdə tribunaya çıxaraq qələbəsini elan edib. Sanders ona kömək edən insanlara, eləcə də, müxaliflərinə minnətdarlığını bildirib.

“Nevadaya gedirik, Cənubi Karolinaya gedirik, bu ştatlarda da qazanacağıq”, - deyə Saneders bəyan edib.

Qeyd edək ki, ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesinə start verilib.

Добавить комментарий