Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - Fotolar

Dünyanın ən prestijli televiziya sərgisi “Mipcom” ötən gün “Kann Film Festivalı”nda start götürüb.

Pressfakt.az xəbər verir ki, dünyanın hər yerindən televiziya peşəkarlarının görüşdüyü sərgidə türk serialları diqqət çəkib. Türkiyənin nüfuzlu ATV, “Star” TV, “Fox” TV və “Kanal D” kimi TV-lərinin seriallarında oynayan aktyorlar da “Mipcom”a qatılıb.

Qırmızı xalıda “Kuruluş Osman” serialı ilə ekranlara geri dönməyə hazırlaşan Burak Özçivit, “Hercai” serialının ulduzları Akın Akınözü və Ebru Şahin marağa səbəb olub.

Tədbirdən paylaşılan fotolar sosial mediada gündəm yaradıb. Xarici kanallara müsahibələr verən Akının ingilis dilində sərbəst danışması da diqqət cəlb edib.

Sərgidə Halit Ergenç, Ozan Güven, Aslı Enver, Nur Fettahoğlu, Birce Akalay kimi önəmli sənətçilərin yer aldığı “Babil” internet serialının ilk afişası da “Mipcom” sərgisində təqdim edilib.
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - Fotolar
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - Fotolar
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - Fotolar
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - Fotolar
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - Fotolar
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - Fotolar
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - Fotolar
Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi - Fotolar

Добавить комментарий