“Mənə nə istəyir desin” – Eldar şəxsi həyatından DANIŞDI – VİDEO

“Mənə nə istəyir desin” – Eldar şəxsi həyatından DANIŞDI – VİDEO


ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi ifaçı Eldar Qasımov olub.

Avroviziya mahnı müsabiqəsinin qalibi yerli şou əhli ilə dostluq etmədiyini bildirib:

“Məşhurlarla dostluq etmirəm. Əsas dostlarım universitet vaxtlarından qalıb. Dostluq elə bir şeydir ki, insanlar bir-birini tamamlamalıdır. Mənim üçün dost dürüst, həqiqi, istənilən vaxtda sənin köməyinə çatan olmalıdır. Toylardan, tədbirlərdən uzaq qalmağa çalışıram. Mənlik deyil. Film qalalarında jurnalistlər yaxınlaşıb fikir soruşurlar. Mən orada fikir bildirə bilmərəm.

Dostlarıma kənarda deyə bilərəm ki, bu nədir çəkmisən? Qələt etmisən. Amma bunu efir vasitəsi ilə etmək etik deyil axı. Məni bəyənməyənlər nə istəyir desin. Eldarın daşı onun başına. Bu mənə təsir də etmir. Əsas odur ki, mən belə deyiləm. Çünki, həyatımda hər şey var və heç kimə paxıllıq etmirəm”.

Eldar Qasımov şəxsi həyatı haqqında da maraqlı açıqlama edib:

“Nə bilirsiz ki həyatımda kimsə yoxdur?! Şəxsi həyatımı qapalı qapı arxasında saxlamaq istəyirəm”.

Добавить комментарий