"A kişi, mən çıxmıram!" - "Maşın Şou"da maşın üstündə qırğın - VİDEO

"A kişi, mən çıxmıram!" - "Maşın Şou"da maşın üstündə qırğın - VİDEO
Müğənni Rəqsanə İsmayılova "Maşın Şou"da iştirakı zamanı çəkilən məzəli videonu paylaşıb.

Pressfakt.az xəbər verir ki, sözügedən videoda Rəqsanənin özünü, Röya Ayxan, Vasif Məhərrəmli, Nigar Talıbzadə, Abbas Bağırov, Aşıq Əli, Maestro Ceyhun, Vado Korovin, Günel Ələkbərova və Müşviq Haqverdiyevi görürük.

Aktyor Müşviq Haqverdiyev aparıcı Murad Dadaşovu parodiya edir. Səsverməyə çıxarılan Abbas Bağırov aşıq Əlini oyundan uzaqlaşdırmaq istədiyini bildirir. "A kişi, mən çıxmıram" deyərək, zəli kimi maşına yapışır. Əlinin öz xoşuyla maşından əl çəkməyəcəyini görən aparıcı onun qolundan tutub dartmağa başlayır. Aparıcının təkbaşına bu işi görən bilməyəcəyini görən iştirakçılar aşıq Əlini maşından uzaqlaşdırmağa kömək edirlər. İştirakçılar Əlinin "Mən çıxmıram" fəryadına məhəl qoymadan amansızlıqla onu maşından uzaqlaşdırırlar.

"Maşın Şou" tarixinin ən yaddaqalan məzəli kadrları təqdim edirik:

Добавить комментарий