"Qurd" nişanlandı: tanınmış şahmatçı ilə bacanaq oldu



"Qurd" ləqəbi ilə tanınan reper Fərid Eminov ailə qurmağa hazırlaşır.

Primetime.az-ın məlumatına görə, bu barədə "Qurd" özü məlumat verib. O, koronavirusla əlaqədar gərgin vəziyyətə baxmayaraq, mərasimi təxirə salmaq istəmədiklərini bildirib.

"Subaylar üçün olsun. Bəli, çox çətin bir vaxtda biz “həri”ləndik. Yanımızda olan, bizə dəstək verən hər kəsə təşəkkür edirəm",- deyə o qeyd edib.

Reper tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun baldızı Leyla Məmmədova ilə nişanlanıb. Nişan mərasimi evdə baş tutub.


Qeyd edək ki, "Qurd" bir dəfə ailəli olub. Onun bu evlilikdən 2 oğlu var.

"Qurd" nişanlandı: tanınmış şahmatçı ilə bacanaq oldu
"Qurd" nişanlandı: tanınmış şahmatçı ilə bacanaq oldu
"Qurd" nişanlandı: tanınmış şahmatçı ilə bacanaq oldu
"Qurd" nişanlandı: tanınmış şahmatçı ilə bacanaq oldu

Добавить комментарий