Sərdardan sonra o da sevgili tapdı


Türkiyəli müğənni Sərdar Ortaçın eks-həyat yoldaşı Xloe Luqnan da özünə sevgili tapıb.

PressFakt.az Pressfakt.az-a istinadən xəbər verir ki, bu barədə “İkinci sayfa” verilişi məlumat yayıb.

Bildirilir ki, o, biznesmen Kaan Kalyonla birlikdədir. Cütlük yaxın dostları vasitəsilə tanış olub. Onlar ötən gün məkanların birində əylənərkən görüntülənib.

Qeyd edək ki, Xloe Sərdardan 6 ay öncə boşanıb. Hazırda S.Ortaç da həmkarı ilə sevgi münasibəti yaşayır.

Добавить комментарий