“TuranBank” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı


Azərbaycanda fəaliyyət göstərən ilk kommersiya banklarından olan “TuranBank” ASC sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalaraq koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

Bu məqsədlə “TuranBank” Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min AZN məbləğində vəsait köçürüb.

Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən bank bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.

Bizimlə əlaqə saxlayın
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dün

Добавить комментарий