Dünya çempionu Rafael Ağayev Bakıya qayıdıb - VİDEO

Dünya çempionu Rafael Ağayev Bakıya qayıdıb - VİDEO

Ötən gün Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində qələbəsi ilə bizi sevindirən Rafael Ağayev vətənə dönüb.

Pressfakt.az xəbər verir ki, 75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı ardıcıllıqla Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya), Matus Lieskovski (Slovakiya) və Bəhmən Əsgərini (İran) məğlub edib.

O, finalda Yermek Aynəzərovdan üstün olub. Beləliklə 5 qələbə qazanan idmançımız yarışın qızıl medalına yiyələnib.

Rafael Ağayev Heydər Əliyev adına Beynəlxalq hava limanında “Baku TV”yə açıqlama verib:

“Bu il mənim üçün daha önəmli illərdən biri idi. Bildiyiniz kimi, karate yay Olimpiya oyunlarına düşür. Gələn il, 2020-ci ildə Tokioda keçiriləcək olimpiya oyunlarına lisenziya qazanmaq lazımdır. Bu il dörd final qarşılaşmasında məğlub olmuşdum. İki yarışda isə üçüncü olmuşdum.

Bu, mənim cari il üçün ilk qızıl medalım idi. Buna görə çox sevindim. Gələn yarış Madriddə keçiriləcək. Orda gümüş də qazana bilərəm və ya heç bir yer tutmaya bilərəm. Biz də insanıq, udub və uduzmağı bacarmalıyıq. Professional idmançılar necə yüksək olurlarsa, bir o qədər yerə düşməlidirlər ki, yuxarının ləzzətini bilsinlər".

Добавить комментарий