Bakıda daha bir gimnastika yarışı təxirə salındı


Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Dünya Kubokunun vaxtı dəyişdirilib.

"Report" Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku 24 - 26 apreldə keçirilməli idi.

Qeyd edək ki, daha öncə 17 - 19 aprelə nəzərdə tutulan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib. Mart ayında Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku isə yarımçıq dayandırılıb.

Добавить комментарий