"Çelsi"nin futbolçusu karantin qaydasına əməl etmədi


İngiltərənin "Çelsi" klubunun futbolçusu Meyson Maunt karantin qaydalarına əməl etməyib.

"Report" "Mirror"a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Vest Hem"in oyunçusu Deklan Rays ilə gəzintiyə çıxıb. İngiltərəli oyunçunun ciddi cəza ilə üzləşəcəyi vurğulanıb.

Qeyd edək ki, daha öncə "Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi koronavirusa yoluxub. Bu səbəbdən, London təmsilçisinin oyunçuları karantinə alınıb.

Добавить комментарий