Emil Balayev mövsümün rekordçusu oldu

Emil Balayev mövsümün rekordçusu olduMillimizin və Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayev rekorda imza atıb.

Pressfakt.az xəbər verir ki, gənc qolkiper bu mövsüm ərzində 699 dəqiqədir ki, qapısından qol buraxmayıb.

Emil sonuncu dəfə 28 iyul tarixində "Kaysar" ilə oyunda qapısında qol görüb.

Qeyd edək ki, Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçılar sırasına düşmək üçün Emil daha 14 dəqiqə "quru" seriyasını davam etdirməlidir.

Добавить комментарий