AFFA "Zirə"nin qırmızı vərəqə alan futbolçularının cəzasını açıqladı

AFFA İntizam Komitəsi "Zirə" klubunun iki futbolçusunu cəzalandırıb.

"Report"un məlumatına görə, qurum qəsəbə təmsilçisinin oyunçularından Ağabala Ramazanova 2, İlkin Muradova isə 1 oyunluq cəza verib.

Muradov Premyer Liqanın XVI turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyunda ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Klub bunun üçün 200 manat məbləğində cərimə olunub. Ramazanov həmin görüşdə kobud oyuna görə birbaşa qırmızı alıb. Qəsəbə təmsilçisi bunun üçün 1600 manat ödəməli olacaq. .

"Zirə"nin 4, "Sumqayıt"ın isə 6 futbolçusu həmin qarşılaşmada sarı vərəqə alıb. Hər iki klub bu səbəbdən 800 məbləğində cərimələnib.

Добавить комментарий