Ronaldonun oynamadığına görə təzminat alacaqlar

İki koreyalı azarkeş Cənubi Koreyanın K Liqası ulduzları yığmasının iyulda Seulda keçirilmiş matçında "Yuventus"un hücumçusu Kriştiano Ronaldo iştirak etmədiyi üçün təzminat alacaq.

PressFakt..az "Reuters"ə istinadən xəbər verir ki, görüşün təşkilatçısı “The Fasta Inc” şirkəti əvvəlcə portuqaliyalı hücumçunun ən azı matçın bir hissəsində oynayacağını bildirsə də, bu, baş verməyib. Ronaldo görüşü sonadək ehtiyat oyunçular skamyasında izləyib

Oyunu izləyən təxminən 63 min azarkeş Ronaldonun meydançaya çıxmamasından narazı qalıblar. Bəzi azarkeşlər hətta maddi və mənəvi zərər tələbi ilə məhkəməyə müraciət ediblər. Xüsusi halda, iki azarkeş biletin qiymətini (59 ABŞ dolları) və mənəvi zərəri (847 ABŞ dolları) ödəmək tələbi ilə məhkəmədə iddia qaldırıblar.

Məhkəmə “Fasta Inc”ın bilet üçün azarkeşlərə 59 ABŞ dolları, mənəvi təzminat kimi 252 ABŞ dolları – ümumilikdə 313 ABŞ dolları ödəməsi barədə qərar çıxarıb.





Добавить комментарий