Bakıda iki nəfər itkin düşdü



Bakıda iki nəfər itkin düşüb.

Pressfakt.az xəbər verir ki, paytaxt sakini - 1980-ci il təvəllüdlü E.İbrahimov Binəqədi qəsəbəsi yaxınlığındakı qəbiristanlıqdan çıxarkən yoxa çıxıb.

Məlumatda 40 yaşlı kişinin ciddi psixoloji problemlərinin olduğu qeyd edilib.

Daha bir fakt isə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Rayonun R.Bağırov küçəsində yaşayan 1976-cı il təvəllüdlü Ş.Şirinov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Добавить комментарий