Azərbaycanda karantindən yayınma halı olmayıb - Operativ qərargah



Azərbaycanda heç bir kəsin karantindən yayınması halı baş verməyib.

Trend-in məlumatına görə, bunu koronavirusla əlqədar keçirilən brifinqdə
Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, karantinin şərtlərinə hər kəs riayət etməlidir və bu işin təşkili müvafiq orqanlar tərəfindən tənzimlənir:

"Vətəndaşlar narahat olmasınlar, əgər belə hal olarsa, onun qarşısı alınacaq".

Добавить комментарий