Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin adları məlum olub

Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin adları məlum olub\

Bakı-Quba yolunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə magistral yolun Sumqayıt şəhərinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili, qarşıda gedən "MAN" markalı yük maşınına arxadan çırpılıb.

Qəza zamanı minik maşınında olan bir ailənin üç üzvü - 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və anası 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий