Prezidentin təşəbbüsünə mediadan dəstək - GƏLİŞMƏ


Xəbər verdiymiz kimi, "Cümhuriyət" və Cebhe.info artıq Prezident İlham Əliyevn təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Bu barədə martın 22-də mətbuat orqanlarının rəhbəri Rəfail Becanov bildirib.

“Koronavirus pandemiyadır. Dövlət üzərinə düşən bütün məsələləri həll edir, müvafiq önləyici tədbirlər görülür. Bütün qərarlar təqdirəlayiqdir və cəmiyyət tərəfindən dəstəklənir. Pandemiya ilə mübarizə hər bir vətəndaşın da üzərinə məsuliyyət qoyur.

“Cümhuriyət" qəzeti və Cebhe.info xəbər portalı, Cebhe TV olaraq, Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulur və redaksiya olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna bacardığımız qədər yardım edəcəyik. Hesab edirik ki, hər kəs əlindən gələni etməlidir. Biz vətəndaşlar da nə bacarırıqsa, onu etməli və ümummilli məsələlərdə dövlətə dəstək göstərməklə öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. İnanırıq ki, biz bilikdə güclü olub qalib gələcəyik! Tanrı millətimizi və dövlətimiz qorusun!”,- deyə baş redaktor bildirib.

Çox keçmədən digər mətbuat orqanlarından da Prezident İlham Əliyevin təşəbbüsünə dəstək gəlib. İlk olaraq “Cümhuriyət” və Cebhe.info-nun qoşulduğu bu kampaniyaya digər media quruluşları da qatılıb.

Martın 22-də “Trend” İnfomasiya Agentliyi təşəbbüsə qoşulub. Martın 23-də isə "APA Qrup" Media Şirkəti və "Telegraf" Media Qrupu da Koronavirusa Mübarizəyə Dəstək Fonduna vəsait köçürdüyünü bəyan edib.

Göründüyü kimi, mətbuat koronavirusla mübarizədə üzərinə düşən əsas vəzifəni - maarifləndirmə, ictimayyəti doğru məlumatlandırma ilə yanaşı, həm də sosial məsuliyyət öhdəliyindən çıxış edərək dövətin apardığı genişmiqyaslı mübarizəyə dəstək olmağa çalışır.

Добавить комментарий